...

Xaricdə təhsil alan azərbaycanlı tələbələr vətənlərində işləməyə maraq göstərməyə başlayıblar – nazir

Cəmiyyət Materials 21 Oktyabr 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir C.Babayeva/ Xaricdə təhsil alan azərbaycanlı tələbələr vətənlərində işləməyə maraq göstərməyə başlayıblar.

"Almaniya və Böyük Britaniya universitetlərinin magistraturalarında təhsillərini başa vuran dörd tələbə iş ilə təmin olunmaq üçün Təhsil Nazirliyinə müraciət edib", - deyə təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, əvvəllər xaricdə təhsil alan azərbaycanlı tələbələr vətənlərinə qayıtmırdılar və təhsillərini bitirdikdən sonra orada qalıb işləməyə üstünlük verirdilər. Bu məsələ Təhsil Nazirliyini narahat edirdi.

Xaricdə dörd min azərbaycanlı tələbə təhsil alır, onlardan min nəfəri dövlət hesabına təhsil alır.

Sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, tibb, mədəniyyət, hüquq, xidmətlər və dövlət idarəçiliyi Azərbaycan gəncinin xaricdə təhsil almaq istədiyi prioritet sahələrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti