...

Azərbaycan məhkəməsi Seçki Monitorinq Mərkəzinin qeydiyyatını bərpa etmədi

Cəmiyyət Materials 25 Noyabr 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda qeydiyyatı ləğv olunmuş Seçki Monitorinq Mərkəzinin apellyasiya şikayəti təmin olunmayıb. Bu haqda Trend -a Mərkəzin nümayəndəsi İntiqam Əliyev məlumat verib.

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.

Məhkəmənin qərarını ədalətsiz sayan nümayəndə Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib.

Bu il mayın 14 - də Bakının Xətai rayon məhkəməsi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müraciəti əsasında, Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv edib.

Nazirlik SMM - in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsində məlumatların qeyri - müəyyən olması, təşkilatın hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın nazirliyə bildirilməməsi, SMM-in Azərbaycanın 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi ilə əsaslandırıb.

SMM ilk dəfə 2006 - cı il martın 14 - də qeydiyyata alınması üçün təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirliyin müvafiq idarəsi texniki bəhanələr gətirərək, təsis sənədlərini qeydiyyata almayıb və SMM- in dövlət qeydiyyatına alınmaq üçün müraciətindən 5 dəfə imtina olunub.

Bu ilin fevralında isə SMM dövlət qeydiyyatına alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti