Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov baxışdan keçmək üçün dəvət aldığı İspaniyanın "Valyadolid" klubunun "Deportivo" ilə oyununu izləyib. Bu barədə Trend -a hazırda İspaniyada olan futbolçunun özü məlumat verib.
R.Sadıqov İspaniyaya dekabrın 14-də gedib. O, həmin gün keçirilən "Valyadolid" - "Deportivo" görüşünü stadionda izləyib.
"Valyadolid" "Deportivo" ilə oyunda böyükhesablı qələbə qazanıb - 3:0.
Azərbaycan yığmasının müdafiəçisinə "Valyadolid"lə yanaşı, Yunanıstanın OFİ klubundan da təklif gəlib. İspaniya klubundan fərqli olaraq, yunanlar Sadıqova birbaşa müqavilə bağlamağı təklif edib.
Sadıqov əvvəllər Türkiyənin Superliqa klubu olan "Kayserispor"da çıxış edib. O, hazırda müqavilə ilə "Neftçi" klubuna məxsusdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]