...

Gürcüstan hökuməti Nəriman Nərimanovun dağılmış ev - muzeyinin bərpası ilə bağlı Azərbaycanın t ələbini qəbul edib

Cəmiyyət Materials 6 Yanvar 2009 17:58 (UTC +04:00)
Gürcüstan hökuməti Nəriman Nərimanovun dağılmış ev - muzeyinin bərpası ilə bağlı Azərbaycanın t ələbini qəbul edib

Azərbaycan, Bakı, 06 yanvar/ Tren , müxbir E.Rüstəmov/ Gürcüstan hökuməti Azərbaycan tərəfinin yazıçı - publisist, dövlət və ictimai xadimi Nəriman Nərimanovun Tbilisinin mərkəzindəki dağılmış ev - muzeyinin bərpa edilməsi tələbini qeyd- şərtsiz qəbul edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadənin çərşənbə axşamı Tbilisidən telefonla Trend -a bildirdiyinə görə, hazırda rəsmi sənəd hazırlanır. Sənədə əsasən, Gürcüstan tərəfi Nərimanovun ev - muzeyinin bərpasını öhdəsinə götürəcək.

Nəriman Nərimanovun ev- muzeyi dekabrda muzeyin yerləşdiyi Mirzə Şəfi Vazeh küçəsi ərazisində xarici şirkətlərdən birinin apardığı tikinti işləri zamanı dağılıb.

Bu ərazidə müasir yaşayış kompleksi tikilir.

Gürcüstanın Mədəniyyət Nazirliyi və Tbilisi şəhər meriyası Nəriman Nərimanovun dağılmış ev- muzeyinin bərpa ediləcəyinə zəmanət verir.

Mehdizadənin sözlərinə görə, hazırda iki ölkənin mədəniyyət nazirlikləri arasında danışıqlar gedir və layihə hazırlanır. Sənəd layihəsi hazır olan kimi müqavilə imzalanacaq.

"Gürcüstan hökumətinin bu evin bərpası üzrə öhdəliyi üzərinə götürməsi bizim üçün mühümdür. Bizim bütün tələblərimiz Gürcüstan tərəfindən qeyd - şərtsiz qəbul edilib", - deyə Mehdizadə bildirib.

Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev Trend -a bildirib ki, Nərimanovun ev- muzeyinin yerləşdiyi Meydan adlı ərvzinin yenidənqurma layihəsi hazırdır və burada binanın tarixi siması və arxitekturası qorunub saxlanıb.

"Yenidənqurma zamanı bu yerin köhnə görünüşü nəzərə alınacaq", - deyə o bildirib.

Orada yeni kompleks tikilib başa çatdıqdan sonra, sahəsi 200 kvadratmetr olan ev- muzey yenidən qurulacaq və Azərbaycanın Mədəniyyət Nazirliyinə təhvil veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti