...

Azərbaycan Teleradio Şurası xarici radiostansiyaların milli tezliklərdə yayımının bərpası məsələsinə yenidən baxmayacaq

Cəmiyyət Materials 15 Yanvar 2009 10:56 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası xarici radiostansiyaların milli tezliklərdə yayımının bərpası məsələsinə yenidən baxmayacaq

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanda xarici radiostansiyaların ölkənin milli tezliklərində yayımının bərpası məsələsinə yenidən baxılmayacaq.

"Azərbaycanın milli tezliklərində xarici radiostansiyaların yayımı məsələsi yenidən müzakirə obyekti ola bilməz. Bizim üçün əsas meyar Azərbaycan qanunvericiliyidir", - cümə axşamı Trend -a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: Milli Televiziya və Radio Şurasının qərarı ilə yanvarın 1-dən Azərbaycanın milli tezliklərində yayımlanan "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının yayımı dayandırılıb. Azərbaycanın "Televiziya və radio yayımı haqqında" Qanununa əsasən, xarici radiostansiyalar ölkənin milli tezliklərində yayımlana bilməz. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT-in Bakı ofisi və digər beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılmasından narahatlıqlarını bildiriblər və MTRŞ-nı qərara yenidən baxmağa çağırıblar.

Prezidentin sərəncamı ilə 2005-ci ildən teleradio kanallarının lisenziyalaşdırılması işi MTRŞ-ya həvalə olunub. Bundan sonra MTRŞ ölkədə yayımlanan teleradio kanallarının yenidən lisenziyalaşdırılması prosesinə başlayıb. 

MTRŞ sədrinin sözlərinə görə, xarici radiostansiyaların Azərbaycanın milli tezliklərində yayımı məsələsinin yenidən müzakirə edilməsi o halda mümkün olardı ki, həmin radiostansiyaların məxsus olduqları ölkələrdə xarici radiostansiyalar milli tezlikdə yayımlansın.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti