Azərbaycan, Gəncə, 17 fevral / Trend , müxbir V.Məmmədov/ "Gəncə" Peşəkar Futbol Klubunun sponsoru məlum olub. Trend -un bildirdiyinə görə, bu barədə məlumatı klubun prezidenti Elmir Məmmədov çərşənbə axşamı təşkil olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, kluba "AZNUR" Holdinq şirkəti sponsorluq edəcək.
"AZNUR" Holdinqin rəhbərliyi klubun bütün imkanları ilə maraqlanıb. Smeta sənədələri nəzərdən keçirilib və kluba sponsorluq etməyə razılıq verilib, - Məmmədov bildirib.
"Gəncə" klubu maliyyə böhranı ilə bağlı 3 ildir ki, Azərbaycan Premyer-Liqasında iştirak etmir.
"Kəpəz" 4 dəfə ölkə çempionu olub.
Mətbuat konfransinda "Gəncə" futbol komandasının baş məşqçisi də məlum olub. Bu post Qusarın "Şahdağ" komandasının baş məşqçisi olmuş Fuad İsmaylıova həvalə olunub. İsmayılov bildirib ki, komanda bu ilin avqust ayında birinci dəstənin oyunlarına qatılacaq. "Gəncə" futbol klubu əsasən yerli oyunçulardan istifadə edəcək.
"Həmçinin, əvvələr bu klubda oynayıb ayrı klublara gedən futbolçular da dəvət olunacaq" - İsmayılov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]