...

Azərbaycanın cənub-qərbində küp qəbirlər tapılıb

Cəmiyyət Materials 4 Mart 2009 10:36 (UTC +04:00)

Azərbaycan, Bərdə, 04 mart / Trend , müxbir Ş.Cəliloğlu /

Azərbaycanın cənub-qərbində küp qəbirlər tapılıb.

Trend -un məlumatına görə, Bərdə rayonunun (paytaxt Bakıdan 340 kilometr məsafədə) Əmirli kəndində küp qəbirlər tapılıb. Özünə ev tikdirən Nasib Tahirov evin bünövrəsini qazarkən uzunluğu bir metrə çatan küpə tapıb. Küpənin içində insan sümükləri tapılıb. Bundan başqa küpənin içindən 3 ədəd saxsı qab da çıxıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bu ərazilər qədim yaşayış məskəni olduğundan, bu kimi tarixi tapıntılar tez-tez tapılır.

Tarixçilər hesab edirlər ki, küp qəbirlərin Qafqaz ərazisində nə vaxt meydana çıxması hələ dəqiqləşməyib. Şərq xalqlarında eramızdan əvvəl III minillikdə insanlar küpələrdə qoyulub basdırılırdı.

Arxeoloqlar Əmirli kəndindəki həmin ərazilərdə arxeoloji qazıntılar aparacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti