...

"Neftçi" FK-nın vitse-prezidenti baş məşqçinin işin öhdəsindən gələ bilmədiyi üçün istefaya göndərildiyini deyib

Cəmiyyət Materials 7 Mart 2009 13:23 (UTC +04:00)
"Neftçi" FK-nın vitse-prezidenti baş məşqçinin işin öhdəsindən gələ bilmədiyi üçün istefaya göndərildiyini deyib

Azərbaycan, Bаkı, 07 mart / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın "Neftçi" futbol klubu baş məşqçisinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun işin öhdəsindən gələ bilməməsidir.

"Hans-Yurgen Gede baş məşqçi kimi ona göstərilən etimadı doğrultmadı. Bu səbəbdən klubun prezidenti Gedenin vəzifəsindən uzaqlaşdırılması haqda qərar qəbul etdi" , - şənbə günü Trend -a "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə bildirib.

Trend -un arayışı: Hans-Yurgen Gede "Neftçi" futbol klubuna ukraynalı mütəxəssis Anatoli Demyanenko istefa verəndən sonra - hazırki çempionatın dördüncü turunda baş məşqçi təyin olunmuşdu. Buna qədər Gede Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi işləyib.

Onun gəlişindən sonra bir neçə oyunçu klubdan kənarlaşdırılıb, əvəzinə yeni futbolçular transfer olunsa da, komanda çempionatda uğurlu çıxış edə bilməyib. Bunun nəticəsidir ki, indi "Neftçi" turnir cədvəlində 10-cu yerdədir.

Klub hazırda yalnız Azərbaycan kubokunu almaq uğrunda mübarizə aparır. "Neftçi"nin 1/4 final mərhələsindəki rəqibi "Qarabağ" komandasıdır. İlk oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.  

Almaniyalı mütəxəssisi kimin əvəzləyəcəyinə gəldikdə, vitse-prezident deyib ki, bu məsələ gələn həftə həll olunacaq. "Neftçi" sabah Zaqatalada "Simurq" komandası ilə qarşılaşacaq. Biz indi yalnız həmin oyun haqda düşünürük. Klubumuzu həmin oyuna hazırda baş məşqçı vəzifəsini icra edən Böyükağa Ağayev çıxaracaq", - Quluzadə əlavə edib.

Hazırda klubun baş məşqçisi vəzifəsini Böyükağa Ağayev icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti