Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir H.Bağırov/
Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Gürcüstan Respublikasının vətəndaşına cəza verib.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə təqsirli bilinən Ülfət Bayramova 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Bayramov bu ilin aprelin 17-də Binəqədi rayon Goradil bağ massivində iş yoldaşı 48 yaşlı İqor Yeqoroviç Vikolskini bıçaqlayaraq qətlə yetirib. Bakıda hündürmərtəbəli binada işləyən həmyerlilər işdən sonra spirtli içki içiblər və həmin zaman aralarında yaranan mübahisə zəminində qətl hadisəsi baş verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]