...

Gürcüstan azərbaycanlıları ali məktəblərə ümumi fənlər üzrə imtahanları ana dilində verəcəklər

Cəmiyyət Materials 9 Oktyabr 2009 18:12 (UTC +04:00)
Gürcüstanda gürcü dilini bilməyən şagirdlər ali məktəblərə ümumi fənlər üzrə imtahanları ana dilində verəcəklər. Bu barədə hökumətin bugünkü iclasında Gürcüstanın təhsil naziri Nika Qvaramiya məlumat verib.
Gürcüstan azərbaycanlıları ali məktəblərə ümumi fənlər üzrə imtahanları ana dilində verəcəklər

Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda gürcü dilini bilməyən şagirdlər ali məktəblərə ümumi fənlər üzrə imtahanları ana dilində verəcəklər. Bu barədə hökumətin bugünkü iclasında Gürcüstanın təhsil naziri Nika Qvaramiya məlumat verib.

"Vahid milli imtahanların nəticəsi onu göstərdi ki, gürcü dilini bilməyən abituriyentlər təhsilin ödənişsiz olub-olmamasını müəyyən edən bu imtahanı verərkən çətinliklərlə üzləşirlər". - o deyib.

"Etiraf etməliyik ki, imtahanlarda iştirak edən məzunlar arasında Azərbaycan və erməni məktəblərindən olan məzunların sayı azdır. Onlar arasında ali məktəblərə qəbul olunanların da sayı azdır", - nazir deyib.

"Buna görə də gürcü dilini bilməyən abituriyentlərin ali məktəblərə ümumi fənlər üzrə imtahanları ana dilində vermələri qərarı qəbul olunub", - Qvaramiya deyib. O həmçinin qeyd edib ki, ümumi fənlər üzrə imtahanların abxaz və osetin dilində keçirilməsi məsələsinə də baxılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti