...

Prokuror Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə 5 il iş istəyib

Cəmiyyət Materials 29 Yanvar 2010 12:58 (UTC +04:00)
Yasamal rayon Məhkəməsində Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun bu gün məhkəməsi keçirilib.
Prokuror Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə 5 il iş istəyib

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir H.Bağırov/

Yasamal rayon Məhkəməsində Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun bu gün məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, hakim Fuad Talışinskinin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə 5 il cəza verilməsini istəyib.

Eyvazov Azərbaycan Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə vəya satma (234.1), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320.1), xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə (178.2.4) maddələri ilə ittiham edilir. İttiham aktına görə, Eyvazovun avtomobilindən tiryək tapılıb.

Proses fevralın 3-də davam etdiriləcək.

Eyvazov 3 ilə yaxın Rail Rzayevin yaşadığı binada mühafizəçi kimi çalışıb. 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər Eyvazov növbədə olub. Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Eyvazov saxlanılıb.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti