...

Fevralın ilk ongülüyündə Kürdə suyun sərfiyyatı saniyədə 6 kubmetr azalıb – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 15 Fevral 2010 11:37 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın ilk ongülüyündə sərhədyanı çaylar olan Kür və Arazın çirklənmə səviyyəsi üzrə növbəti monitorinq keçirib. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidmətindən Trend News-a bildirilib.
Fevralın ilk ongülüyündə Kürdə suyun sərfiyyatı saniyədə 6 kubmetr azalıb – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın ilk ongülüyündə sərhədyanı çaylar olan Kür və Arazın çirklənmə səviyyəsi üzrə növbəti monitorinq keçirib. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidmətindən Trend -a bildirilib.

Yanvarın üçüncü ongülüyünə nisbətən fevralın ilk ongünlüyündə Kürdə suyun sərfiyyatı saniyədə 6 kubmetr azalıb və saniyədə 207 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərində çayın çirklənmələrə məruz qaldığı sərhədyanı məntəqələrdə böyük həcmdə normadan artıq fenol qatışığı və mis birləşmələri, həmçinin biogen cisimlər aşkar edilib.

Araz çayında suyun sərfiyyatı monitorinq dövründə saniyədə 86,4 kubmetr təşkil edib

Bütün məntəqələrdə suyun oksigen rejimi litrə 6,65 -7,78 milliqram səviyyəsində qalmaqla, sanitar normalar səviyyəsində dəyişib.

Xəbər lenti

Xəbər lenti