...

Azərbaycanda hərbi maşının qəzaya uğraması nəticəsində çoxlu sayda hərbçinin ölümü ilə bağlı məhkəmə başlayıb

Cəmiyyət Materials 12 Mart 2010 12:38 (UTC +04:00)
Azərbaycanda hərbi maşının qəzaya uğraması nəticəsində çoxlu sayda hərbçinin ölümü, hərbçilərin və mülki şəxslərin yaralanması ilə bağlı məhkəmə başlayıb.
Azərbaycanda hərbi maşının qəzaya uğraması nəticəsində çoxlu sayda hərbçinin ölümü ilə bağlı məhkəmə başlayıb

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda hərbi maşının qəzaya uğraması nəticəsində çoxlu sayda hərbçinin ölümü, hərbçilərin və mülki şəxslərin yaralanması ilə bağlı məhkəmə başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Goranboyda yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əsgər, qəzaya uğrayan hərbi maşının sürücüsü Əzim İsmayılov və mülki avtomobilin sürücüsü, Kəlbəcər rayonunda anadan olan, hazırda Ağdam rayonunda məskunlaşan Qalib Məmmədovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prokurorun çıxışından sonra məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli saymayıblar.

Məmmədov Cinayət Məcəlləsinin döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda (351.3), Məmmədov isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda (263.3) maddələri ilə ittiham olunurlar.

2009-cu ilin noyabrın 11-də Tərtər rayonu Cəmilli kəndi ərazisində Müdafiə Nazirliyinə məxsus hərbçiləri daşıyan "ZİL" markalı maşın başqa bir yük avtomobili ilə toqquşub.

Nəticədə, Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Məmmədov Elşən Gündüz oğlu, Ağstafa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Quliyev Orxan Murad oğlu, Masallı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Ağayev Pərviz Gülağa oğlu, Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Tağılı Rəşad Cabbar oğlu və Zaqatala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Vəliyev Yaşar Balabəy oğlu dünyalarını dəyişiblər.

Hadisə zamanı daha 7 hərbçi və 3 mülki şəxs yaralanıb.

Xəbər lenti

Xəbər lenti