...

Azərbaycanın 11-ci sinif şagirdlərindən cəmi 78,6%-i orta təhsil haqqında attestat alıb

Cəmiyyət Materials 13 Mart 2010 13:18 (UTC +04:00)
Ötən il Azərbaycanın 11-ci sinif şagirdlərindən cəmi 78,6%-i orta təhsil haqqında attestat alıb.
Azərbaycanın 11-ci sinif şagirdlərindən cəmi 78,6%-i orta təhsil haqqında attestat alıb

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir M. Əliyev/

Ötən il Azərbaycanın 11-ci sinif şagirdlərindən cəmi 78,6%-i orta təhsil haqqında attestat alıb.

Trend -un məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Parlamentinə təqdim etdiyi 2009-cu ilin hesabatında da bildirilir ki, ötən il ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərindən 96 646 nəfəri (97 faiz) mərkəzləşdirilmiş buraxılış imtahanlarında iştirak edib və onlardan 78 321 nəfəri imtahanları müvəffəqiyyətlə verərək orta təhsil haqqında attestat alıb.

Hesabatda bildirilir ki, bütün ümumtəhsil məktəblərində buraxılış imtahanları "Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası"na əsasən, tətbiq edilən bal sistemindən asılı olmayaraq, qiymətləndirmənin inkişafetdirici, stimullaşdırıcı, tərbiyəedici xarakteri, keyfiyyətin yüksəldilməsində aparıcı rolu təmin edilməklə, mərkəzləşdirilmiş qaydada aparılıb.

Növbəti ildə artıq ölkənin bütün ümumtəhsil məktəblərinin 9-cu siniflərində ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.

Azərbaycanda fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəbində 1 420 minədək, 17 özəl ümumtəhsil məktəbində isə 7 500-ə qədər şagird təhsil alır.

Xəbər lenti

Xəbər lenti