Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir V.Javoronkova/
Bakı Beynəlxalq Məktəbinin şagirdləri ABŞ-ın Azərbaycandakı Səfirliyi qarşısında ağac əkərək, Torpaq gününü qeyd ediblər. Bu barədə ABŞ Səfirliyinin press-relizində bildirilir.
Uşaqlar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu ilə birlikdə ağac tingləri əkiblər. İşçilər ətraf mühitin qorunmasının və tullantıların emalının vacibliyi barədə uşaqlara məlumat veriblər.
"Torpaq günü etməli olduğumuz mühüm işi bizə bir daha xatırladır - bu, ətraf mühitin qorunmasının vacibliyini uşaqlarımıza izah etməkdir", - Donald Lu deyib.
Torpaq günü 1970-ci ildə ABŞ-da təsis edilib. Ətraf mühitə marağın artması ilə əlaqədar həmin gün ətraf mühitin qorunması günü kimi tanınıb.
ABŞ Prezidenti Barak Obama və ölkənin birinci xanımı Mişel Obama qeyd ediblər ki, bağçılıq ətraf mühitin və sağlamlığın qorunması üzrə sosial proqramın mühüm tərkib hissəsidir.
Ağ ev yaxınlığındakı bostan həm məktəblilərin bu sahədə biliklərinin artırılmasına yardım göstərir, həm də Ağ evin mətbəxini təzə tərəvəzlə təmin edir.