...

Pakistanda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşına hökm oxunub

Cəmiyyət Materials 6 May 2010 12:02 (UTC +04:00)
Pakistanda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşına hökm oxunub.
Pakistanda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşına hökm oxunub

Azərbaycan, Bakı, 06 may /Trend, müxbir H.Bağırov/

Pakistanda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşına hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə MəhkəməVüqar İsayev Pakistandakı hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak etməsi barədə ittihamları qəbul etməyib.

Məhkəmə İsayevi 6 ay müddətinə azadlıqdam məhrum etməyə dair qərar çıxarıb.

İttihama görə, İsayev 2007-2008-ci illərdə Pakistana gedərək, hərbi düşərgələrdə hərbi təlimlər keçib, azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüb.

İsayev 29 iyul 2009-cu ildə İran - Azərbaycan sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb.

Bu ilin yanvarında isə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi tərəfindən İsayevə Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə (279.1) maddəsi ilə ittiham elan edilib.

İsayevdən öncə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Pakistanda döyüşlərdə iştirak edən 16 nəfərlik dəstənin məhkəməsi keçirilib. İsayevin də həmin dəstənin üzvü olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti