Gürcüstan, Tbilisi, 21 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda qərb dəyərlərinin populyarlaşdırılması məqsədilə Dəyərlər İnstitutu təşkilatı yaradılıb. Onu Con Smitin təqaüdçüləri təşkil edib. Şuraya parlamentarilər Dmitri Lordkipanidze və azərbaycanlı Ramin Bayramov daxildir.
İnstitutun əsas məqsədi cəmiyyətin məlumatlandırılmasının artırılması, hökumət və əhali arasında əməkdaşlığın şəffaf formalarının tətbiqi, qərarların qəbul edilməsində yerli ictimaiyyətin iştirakının möhkəmləndirilməsi və demokratik dəyərlərin geniş yayılmasından ibarətdir. Bu barədə bazar ertəsi parlamentdə keçirilən təqdimat mərasimində qeyd olunub.