...

Azərbaycan əhalisinin 32 faizini gənclər təşkil edir - nazir müavini

Cəmiyyət Materials 20 İyul 2010 16:40 (UTC +04:00)
Azərbaycan əhalisinin 32 faizini gənclər təşkil edir
Azərbaycan əhalisinin 32 faizini gənclər təşkil edir - nazir müavini

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan əhalisinin 32 faizini gənclər təşkil edir və 14-29 yaşlı insanların sayı 2 milyon 800 min nəfərdir, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda səfərdə olan Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edən gənclərdən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Görüş zamanı nazir müavini qonaqlara nazirliyin fəaliyyəti barədə geniş məlumat verib.

Azərbaycanda 200-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran Babayev bildirib ki, nazirlik müxtəlif müsabiqələr, treninqlər keçirməklə onların fəaliyyətini dəstəkləyir.

Rusiyadan olan gənclər 4-cü ildir ki, Azərbaycana gəlirlər. Səfərin məqsədi Rusiyanın ictimai-siyasi həyatında aktiv iştirak edən gənclərə Azərbaycan haqqında dolğun məlumat vermək, iki ölkə gəncləri arasında əlaqələri möhkəmləndirməkdir.

Xəbər lenti

Xəbər lenti