...

Gəncədə Heydər Əliyev Fondunun layihəsi çərçivəsində şəkərli diabetli uşaqlar üçün təşkil olunmuş yay məktəbi uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2010 15:24 (UTC +04:00)
Gəncə şəhərində Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində avqustun 23-dən sentyabrın 7-dək sosial müdafiəyə ehtiyacı olan 30 nəfər 13-16 yaşlı şəkərli diabetli uşaq üçün təşkil olunmuş yay məktəbi uğurla başa çatıb.
Gəncədə Heydər Əliyev Fondunun layihəsi çərçivəsində şəkərli diabetli uşaqlar üçün təşkil olunmuş yay məktəbi uğurla başa çatıb (FOTO)

Azərbaycan, Bakı 17 sentyabr /Trend, müxbir S.Ağayeva/

Gəncə şəhərində Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində avqustun 23-dən sentyabrın 7-dək sosial müdafiəyə ehtiyacı olan 30 nəfər 13-16 yaşlı şəkərli diabetli uşaq üçün təşkil olunmuş yay məktəbi uğurla başa çatıb.

Fonddan cümə günü Trend-ə bildiriblər ki, yay məktəbinin təşkil edilməsində əsas məqsəd şəkərli diabetli uşaqlara diabet haqqında dərin biliklər vermək, özünənəzarət, özünəqulluq, özünütərbiyə, özünəinam, özünütəsdiq üsullarını aşılamaq, onların psixososial reabilitasiyasını həyata keçirməkdir.

Yeniyetmələr yeməkdən əvvəl və yeməkdən sonra şəkəri qaydada saxlamağı, insulin dozasını arzuolunan yeməklərə uyğunlaşdırmağı, hiperqlikemiyanın əsas əlamətləri və ilk yardım göstərməyi, insulin dozasını gözlənilən fiziki aktivliyə uyğunlaşdırmağı və çörək vahidlərini hesablamağı öyrəniblər.

Bu müddət ərzində uşaqlar qədim Gəncə şəhərinin tarixi yerlərini gəzmiş, şəhərdəki muzeylər və rəsm qalereyası ilə tanış olmuşlar. Layihə çərçivəsində onların Şəmkir, Daşkəsən, Göy göl rayonlarına səfərləri təşkil olunub.

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərindən, Ağdam, Laçın, Qubadlı, Şuşa, Biləsuvar, Şəmkir, Daşkəsən, Kəlbəcər, Bərdə, Tovuz rayonlarından sosial müdafiəyə ehtiyacı olan uşaqlar düşərgə müddətində aldıqları bilikləri yaşadıqları ərazidə öz həmyaşıdlarına çatdırmağı öhdələrinə götürüblər.

Xəbər lenti

Xəbər lenti