...

Həcc zamanı müqəddəs torpağa minik avtomobillərinin girişi qadağan ediləcək

Cəmiyyət Materials 13 Oktyabr 2010 14:33 (UTC +04:00)
Kral Abdullah Bin Əbdül Əzizin sədrliyi ilə Səudiyyə Ərəbistanının Nazirlər Şurası Həcc zamanı Məkkəyə 25-dən az sərnişin daşıyan nəqliyyat vasitələrinin girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Bu barədə Türkiyənin "CİHAN" saytı xəbər yayıb.
Həcc zamanı müqəddəs torpağa minik avtomobillərinin girişi qadağan ediləcək

Kral Abdullah Bin Əbdül Əzizin sədrliyi ilə Səudiyyə Ərəbistanının Nazirlər Şurası Həcc zamanı Məkkəyə 25-dən az sərnişin daşıyan nəqliyyat vasitələrinin girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Bu barədə Türkiyənin "CİHAN" saytı xəbər yayıb.

Qanunu pozanlar 300 dollardan 400 dollaradək cərimə olunacaqlar. Xarici şirkətlər üçün işləyən əcnəbi sürücülər qaydalara əməl etməyəcəkləri təqdirdə, Krallıqdan deportasiya ediləcəklər.

Səudiyyə Ərəbistanında Həcc mövsümü noyabrın 20-də başlayacaq. Bu il Həcc zamanı yeniliklərdən biri monorelsli dəmir yolunun işə salınması olacaq. O, Məkkədəki, Mina vadisindəki, Ərəfat çölündəki və Müzdəlif dağı ətəyindəki müqəddəs yerləri birləşdirəcək.

Builki Həcc ziyarətində 1,7 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.

Səudiyyə KİV-in məlumatına görə, son 6 ay ərzində 2,6 milyon zəvvar müqəddəs yerləri ziyarət edərək kiçik Həcci - yəni ümrəni yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti