...

Azərbaycanın millət vəkili "Ekologiyanın dostu" mükafatına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2010 19:26 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayeva "EKO-2010" Gənclər Koalisiyasının təsis etdiyi "Ekologiyanın dostu" mükafatına layiq görülüb.
Azərbaycanın millət vəkili "Ekologiyanın dostu" mükafatına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın millət vəkili Qənirə Paşayeva "EKO-2010" Gənclər Koalisiyasının təsis etdiyi "Ekologiyanın dostu" mükafatına layiq görülüb. Trend-in məlumatına görə, mükafat ölkə ərazisində ekologiya sahəsi üzrə keçirilən sorğu və monitorinqlər nəticəsində öz sahiblərini tapıb.

Mükafatın təqdim edilmə mərasimində çıxışı zamanı Paşayeva qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2010-cu il "Ekologiya ili" elan edilib.

Paşayevanın sözlərinə görə, ekologiya sahəsində ən böyük təşəkkürə ekologiyanın ən böyük dostu - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva layiqdir.

"Mehriban Əliyevanın "Hərəyə bir ağac əkək!" adı altında başlatdığı kampaniya insanların düşüncələrinə dəyişikliklər etdi. Onun ekologiya sahəsində görülən işlərə verdiyi dəstək gənclər tərəfindən yeni işlərin görülməsinə stimul yaratdı", - Paşayeva əlavə edib.

O qeyd edib ki, hər bir millət vəkili bu sahədə əlindən gələni etməlidir. "Bu, bizim ölkəmizin, millətimizin, dövlətimizin, eyni zamanda, dünyamızın gələcəyi üçündür", - Paşayeva deyib.

Millət vəkili bildirib ki, ekologiya bir mədəniyyətdir və bu mədəniyyətin gənclər arasında formalaşmasına çox böyük ehtiyac var, gənc nəsillər bu mədəniyyətə önəm verməlidir.

"Ekologiyanın dostu" mükafatına Azərbaycanın bir sıra ictimai xadimləri, elm adamları, KİV nümayəndələri də layiq görülüb.

Xəbər lenti

Xəbər lenti