...

İran əhalisi son ildə 1 milyon nəfərdən çox artıb

Cəmiyyət Materials 4 Fevral 2011 14:16 (UTC +04:00)
İranda əhalinin sayı ötən 11 ay ərzində 1 milyon nəfərdən çox artıb.
İran əhalisi son ildə 1 milyon nəfərdən çox artıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir T.Cəfərov/

İranda əhalinin sayı ötən 11 ay ərzində 1 milyon nəfərdən çox artıb.

Cari ilin ilk 11 ayı ərzində (İranda il martın 21-də dəyişir) İran əhalisinin sayı 1 milyon nəfər artaraq 75 milyon 3 min nəfərə çatıb. Bu barədə İranın Dövlət Statistika Mərkəzinin rəsmi saytında verilən məlumatda deyilir, Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Ötən ilin mart ayının statistikasına əsasən, İranda əhalinin sayı 74 milyon nəfər olub.

Xəbər lenti

Xəbər lenti