...

Azərbaycanda bələdiyyələrin durumu əvvəlki illə müqayisədə daha da pisləşib

Cəmiyyət Materials 21 Fevral 2011 15:54 (UTC +04:00)
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, təşkilatın apardığı araşdırmalardan belə məlum olub ki, ölkə bələdiyyələrinin maliyyə durumu 2009-cu illə müqayisədə 2010-cu ildə 34 faiz pisləşib.
Azərbaycanda bələdiyyələrin durumu əvvəlki illə müqayisədə daha da pisləşib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il bələdiyyələrin durumu əvvəlki illə müqayisədə daha da pisləşib.

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, təşkilatın apardığı araşdırmalardan belə məlum olub ki, ölkə bələdiyyələrinin maliyyə durumu 2009-cu illə müqayisədə 2010-cu ildə 34 faiz pisləşib.

Məlumatda bildirilir ki, paytaxt bələdiyyələrinin büdcə gəliri yalnız fiziki şəxslərdən torpaq və əmlak vergisindən formalaşdırılıb.

Paytaxtda bələdiyyələr torpaq fonduna sahib olmadıqlarına görə hərrac keçirilməyib və nəticədə bu istiqamətdən yerli büdcəyə maliyyə vəsaiti daxil olmayıb.

İctimai Birliyin 20 bələdiyyədə apardığı təhlillərə görə, 42 faiz bələdiyyə ötən il əməkhaqqını vaxtında ödəyə bilməyib, 29 faiz bələdiyyənin isə Dövlət Sosial Müdafiə Fonduna borcu qalıb.

2010-cu ildə təhlillərin aparıladığı bələdiyyələrdəki əsas problem ərazilərindəki özbaşına zəbt edilmiş torpaq sahələrinin özələşdirilməsinə "yaşıl işığın" yandırılmaması olub.

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. İctimai Birliyin əsas məqsədi Azərbacanın bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti