...

Azərbaycanda rəqəmsal yayıma keçid məsələsi müzakirə edilib

Cəmiyyət Materials 17 Mart 2011 16:22 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Azərbaycanda rəqəmsal yayıma keçid məsələsi müzakirə edilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Trend-ə bildiriblər ki, cümə axşamı keçirilən iclasda 2005-ci ildə teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) almış fiziki və hüquqi şəxslərin 2011-ci ildə xüsusi razılıq (lisenziya) müddətinin bitməsi barədə məsələyə baxılıb və bununla bağlı qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda Milli Televiziya və Radio Şurası Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi tərəfindən aparılmış teleradio yayımçılarının monitorinqlərinin nəticələrinə baxılıb, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti