...

Meksikada Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 23 Mart 2011 11:02 (UTC +04:00)
Meksika Konqresinin Deputatlar Palatasında beynəlxalq Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran, İraq və Türkiyə səfirliklərinin rəhbər işçiləri, həmçinin Meksika Konqresinin deputatları, Mexiko şəhəri rəhbərliyi və Meksika ştatının İnsan Hüquqları Komissiyasının nümayəndələri iştirak ediblər. Bu barədə çərşənbə axşamı Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir.
Meksikada Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 23 mart /Trend/

Meksika Konqresinin Deputatlar Palatasında beynəlxalq Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran, İraq və Türkiyə səfirliklərinin rəhbər işçiləri, həmçinin Meksika Konqresinin deputatları, Mexiko şəhəri rəhbərliyi və Meksika ştatının İnsan Hüquqları Komissiyasının nümayəndələri iştirak ediblər. Bu barədə çərşənbə axşamı Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir.

Səfir çıxışında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında "Beynəlxalq Novruz günü" qətnaməsinin qəbul olunduğunu qeyd edib. Muxtarov Novruz bayramının beş min ildən artıq tarixi kökləri, qeyd edilmə adətləri haqqında dinləyicilərə geniş məlumat verib.

Həmçinin, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü barədə görüş iştirakçılarına məlumat verən səfir vurğulayıb ki, bütün dünya xalqları milli bayramlarını öz doğma torpaqlarında keçirmək hüququna malikdir. Muxtarov bildirib ki, öz tarixi torpaqlarından qaçqın və məcburi köçkün düşmüş bir milyondan artıq azərbaycanlıların hüquqları indiyədək bərpa edilməyib.

Toplantıda yerli mətbuat nümayəndələri və Konqresin televiziya kanalının əməkdaşları da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti