...

Yaponiyada itkin düşən və ölənlərin sayı 30 minə yaxınlaşır

Cəmiyyət Materials 28 Mart 2011 13:21 (UTC +04:00)
Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 10901 nəfərdir. 17649 nəfərin isə itkin düşdüyü bildirilir. Trend-in məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.
Yaponiyada itkin düşən və ölənlərin sayı 30 minə yaxınlaşır

Azərbaycan, Bakı, 28 mart /Trend/

Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 10901 nəfərdir. 17649 nəfərin isə itkin düşdüyü bildirilir. Trend-in məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar silsilə qəzalar qeydə alınıb. AES-dəki insidentlər nəticəsində bir neçə radiasiya sızması aşkar edilib ki, bu da hakimiyyəti AES-in ətrafındakı 20 kilometrlik zonadan əhalinin təxliyə edilməsinə, eləcə də 30 kilometrlik radiusda stansiya üzərindən uçuşlara qadağa tətbiq etməyə məcbur edib. Daha sonralar Yaponiyanın bəzi rayonlarında da havada, dənizdə və içməli suda, eləcə də ərzaq məhsullarında radioaktiv elementlərin, həmçinin yod izotopları və seziumun aşkar edilməsi haqqında məlumatlar ortaya çıxıb.

Xəbər lenti

Xəbər lenti