...

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hökumətə təqdim ediləcək - nazir müavini

Cəmiyyət Materials 23 May 2011 19:00 (UTC +04:00)
Bu günlərdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hökumətə təqdim ediləcək.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hökumətə təqdim ediləcək - nazir müavini

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Bu günlərdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hökumətə təqdim ediləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, ictimai müzakirələrdən sonra dövlət proqramının hazırlanması üzrə işçi qrupuna 2000-dən çox təklif daxil olub. "Biz ümumiləşdirmə apardıq və 160 bənddən ibarət layihəni hazırladıq", - nazir müavini bildirib.

Babayevin sözlərinə görə, ictimai müzakirələrdə həm Azərbaycanın tələbə təşkilatları, QHT nümayəndələri, həm də xaricdə təhsil alan Azərbaycan gəncləri iştirak ediblər.

İyunun 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının təsdiqlənəcəyi gözlənilir. Bu dövlət proqramı Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti