...

Azərbaycanda insan hüquqlarına dair müsabiqə elan edilir

Cəmiyyət Materials 26 May 2011 12:59 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi "İnsan haqlarına dair gənclər festivalı"nın keçirilməsi ilə əlaqədar olaraq müsabiqə elan edir. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Azərbaycanda insan hüquqlarına dair müsabiqə elan edilir

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyi "İnsan haqlarına dair gənclər festivalı"nın keçirilməsi ilə əlaqədar olaraq müsabiqə elan edir. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən bildirilib.

18 iyun - İnsan Hüquqları Gününə həsr olunmuş festivalın əsas məqsədi gənclər arasında insan hüquqlarının təbliğ olunması, insan hüquqlarına dair biliklərin artırılması, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Festival çərçivəsində iki müsabiqə keçiriləcək - "Müasir dünyada insan hüquqları" esse müsabiqəsi və "Mənim hüquqlarım" rəsm müsabiqəsi.

Müsabiqənin şərtlərinə görə, rəsm müsabiqəsində 14-25, esse müsabiqəsində isə 14-29 yaş həddində olan yeniyetmə və gənclər iştirak edə bilərlər.

Müsabiqəyə qatılan iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir. Müsabiqəyə işlər mayın 25-dən iyunun 13-dək qəbul olunur.

Müsabiqə qalibləri hər nominasiya (rəsm və esse) üzrə I, II və III yer ilə mükafatlandırılacaq, eyni zamanda onlara diplom və qiymətli hədiyyələr veriləcək. Müsabiqənin nəticələri və qaliblərin adları festivalın yekununda elan ediləcək.

Xəbər lenti

Xəbər lenti