...

Rəsmi orqanlar Ekspert şuralarının tövsiyələrində maraqlı olmalıdırlar - politoloq

Cəmiyyət Materials 18 İyul 2011 12:02 (UTC +04:00)
Ekspert şuraları müxtəlif iri dünya informasiya agentlikləri yanında ayrı-ayrı fondların, assosiasiyaların, şuraların mövcud olduğu və müxtəlif istiqamətli ekspertlərin daxil olduqları ABŞ-da, eləcə də Avropada kifayət qədər yayılmış təcrübədir.
Rəsmi orqanlar Ekspert şuralarının tövsiyələrində maraqlı olmalıdırlar - politoloq

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Ekspert şuraları müxtəlif iri dünya informasiya agentlikləri yanında ayrı-ayrı fondların, assosiasiyaların, şuraların mövcud olduğu və müxtəlif istiqamətli ekspertlərin daxil olduqları ABŞ-da, eləcə də Avropada kifayət qədər yayılmış təcrübədir. Azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov hesab edir.

"Ekspertlər vətəndaş cəmiyyətini hakimiyyət strukturları ilə birləşdirən ciddi, mühüm rol oynamalıdırlar. Bu, hadisələrin təhlili, problemlərin həlli, ictimai-siyasi həyatın inkişafının ayrı-ayrı aspektləri, dünya məsələləri ola bilər və bütün bunlar hakimiyyət strukturlarına və rəsmi orqanlara ciddi şəkildə lazım ola bilər", - Sadıxov Trend-ə bildirib.

Onun sözlərinə görə, rəsmi strukturlar bu məsələdə "bilavasitə maraqlı olmalıdırlar".

"Ekspert şuraları tövsiyələr verirlər, onlar kiməsə nəyisə diqtə etmək hüququna malik deyillər, lakin bu problemlə bağlı öz məsləhətlərini, təhlil və proqnozlarını vermək onların vəzifəsidir", - Sadıxov deyib.

"Təcrübə göstərir ki, Ekspert şuralarının bir çox üzvləri mətbuatda məqalə və müsahibələrlə fəal çıxışlar edirlər, öz fikirlərini söyləyirlər. Təbii ki, bu, siyasi dairələrin qəbul etdikləri qərarlarda nəzərə alınmalıdır", - politoloq bildirib.

Onun fikrincə, yaxşı olardı ki, Ekspert şuraları mütəmadi olaraq toplaşsınlar, fikir mübadiləsi aparsınlar və bu, sadəcə olaraq qiyabi deyil, "canlı" əlaqə səviyyəsində olsun.

"Bu, belə şuraların daha da inkişaf etməsinə və təkmilləşməsinə yönələcək və onların fəaliyyətini yaxşılaşdıracaq", - politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti