...

Əbülfəs Qarayev: Ermənilər milli musiqimizi, abidələrimizi öz adlarına çıxmağa çalışırlar

Cəmiyyət Materials 20 İyul 2011 11:00 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında əlaqələrin güclənməsində medianın mühüm rolu var.
Əbülfəs Qarayev: Ermənilər milli musiqimizi, abidələrimizi öz adlarına çıxmağa çalışırlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanla Türkiyə arasında əlaqələrin güclənməsində medianın mühüm rolu var. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olduğunu qeyd edən nazir ölkəmizdə turizmin inkişafına türkiyəli mütəxəssislərin mühüm töhfə verdiyini vurğulayıb. Qarayev deyib ki, bu yaxınlarda Bakıda Türkiyənin aparıcı turizm qurumlarının rəhbərləri ilə görüş keçirilib.

"Azərbaycanda turizm sisteminin təkmilləşməsində Türkiyənin rolunu yüksək qiymətləndiririk", - Qarayev qeyd edib.

Görüşdə nazir Ermənistanın ölkəmizə hərbi təcavüzdən də danışıb. O bildirib ki, ermənilər milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi də öz adlarına çıxmağa çalışırlar.

Türkiyəli jurnalistlərin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Səfərdə məqsəd Azərbaycanın tarixi, mədəniyyəti, çağdaş siyasəti, iqtisadi potensialı, Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha ətraflı çatdırılmasında qardaş ölkə mediası ilə daha sıx əməkdaşlığı təşviq etməkdir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində türkiyəli jurnalistlərin ölkəmizin dövlət və hökumət qurumlarında görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti