...

Azərbaycanla oyunda vacib 2 xalı itirdik - Belçika yığmasının baş məşqçisi

Cəmiyyət Materials 3 Sentyabr 2011 01:41 (UTC +04:00)
Belçika yığması Azərbaycanla oyunda bir çox qol vəziyyəti yaratsa da, istənilən nəticə əldə edə bilmədi. Trend-in məlumatına görə, bu sözləri Belçika yığmasının baş məşqçisi Jorj Leekens matçsonrasl mətbuat konfransında söylədi.
Azərbaycanla oyunda vacib 2 xalı itirdik - Belçika yığmasının baş məşqçisi

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Belçika yığması Azərbaycanla oyunda bir çox qol vəziyyəti yaratsa da, istənilən nəticə əldə edə bilmədi. Trend-in məlumatına görə, bu sözləri Belçika yığmasının baş məşqçisi Jorj Leekens matçsonrasl mətbuat konfransında söylədi.

"Çox təəssüf edirəm ki, Azərbaycanla oyunda vacib 2 xalı itirdik", - Leekens deyib.

Onun sözlərinə görə, matçın ən yaxşı oyunçusu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevdir.

"Biz oyun boyu çoxlu qol vəziyyəti yaratdıq, lakin, Kamran Ağayevin inamlı oyunu bizə qol vurmağa imkan vermədi", - Leekens deyib.

Belçikalı mütəxəssis komandasının qısa paslarla oynadığını qeyd edərək, meydançanın ot örtüyünün kifayət qədər keyfiyyətli olmadığını bildirib.

Cümə günü Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Belçika qarşılaşması 1:1 hesablı heç-heçə ilə nəticələndi.

Xəbər lenti

Xəbər lenti