...

Azərbaycan Belçikada keçirilən şəhər bayramında təmsil olunub

Cəmiyyət Materials 23 Sentyabr 2011 13:20 (UTC +04:00)
Belçikanın Ham şəhərində növbəti şəhər bayramında Azərbaycanı Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil edib.
Azərbaycan Belçikada keçirilən şəhər bayramında təmsil olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir M.Əliyev/

Belçikanın Ham şəhərində növbəti şəhər bayramında Azərbaycanı Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil edib.

Diasporla İş üzrə Dövlət Komlitəsindən cümə günü Trend-ə verilən məlumata görə, Cəmiyyətin sədri Ayhan Dəmirçi və qurumun əməkdaşları tərəfindən bayramın keçirildiyi meydanda Azərbaycanla bağlı iki çadır qurulub. Üzərində Azərbaycan bayrağının dalğalandığı çadırların birində ölkəmizin sosial-iqtisadi inkişafına, mədəniyyətinə, tarixinə, turizm potensialına aid təbliğat materialları sərgilənib, film nümayiş etdirilib. Cəmiyyət tərəfindən flamand dilində hazırlanmış və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Azərbaycan" adlı broşür bayramın iştirakçılarına paylanıb.

Digər çadırda isə dərnəyin fəalları tərəfindən hazırlanmış Azərbaycan milli mətbəxinin nümunələri nümayiş etdirilib və ziyarətçilərə müxtəlif növ dadlı yeməklər təqdim olunub.

Sərgi iştirakçıları Azərbaycan çadırına xüsusi diqqət göstərib, şəhər bələdiyyə idarəsinin rəhbərliyi və regional deputatlar uğurlu fəaliyyətlərinə görə Cəmiyyət üzvlərini təbrik ediblər. Cəmiyyətin sədri Ayhan Dəmirçi isə öz növbəsində Azərbaycanın Belçikadakı səfirliyinə sərginin təşkilinə verdiyi dəstəyə görə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti