...

Azərbaycan Səhiyyə Nazirliyi qənnadı məmulatlarının keyfiyyətini yoxlayacaq

Cəmiyyət Materials 8 Oktyabr 2011 11:24 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində satılan qənnadı məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlayacaq.
Azərbaycan Səhiyyə Nazirliyi qənnadı məmulatlarının keyfiyyətini yoxlayacaq

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində satılan qənnadı məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlayacaq. Bunu şənbə günü Trend-ə RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda oktyabrın 15-dən sonra aparılacaq.

Hazırda isə mərkəz yumurta, quş əti, duz, çay və qəhvənin təhlükəsizlik göstəricilərini yoxlayır.

Xəbər lenti

Xəbər lenti