...

"Embawood" istehlakçılara yeni reklam kampaniyasını təqdim edir (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2011 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

"Embawood" şirkəti istehlakçılara özünün yeni reklam kampaniyasını təqdim edir. Kampaniya üzərində işləyərkən şirkət əməkdaşlarının qarşısında duran başlıca vəzifə mebelin istehsalında keyfiyyətə nəzarət sisteminin alman standartlarına uyğun olmasını göstərmək idi.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu fikrin həyata keçirilməsi üçün Xorvatiyanın "Bruketa&Zinic" reklam agentliyi dəvət olunub.

Reklamın süjet xəttində bir cavan ailə "Embawood" mebellərinin xarici görünüşünü bəyənərək keyfiyyətindən də əmin olmaq istəyir. Mağaza satış məsləhətçisi onları fabrikə yönləndirir və orada şirkətin Almaniyadan dəvət edilmiş keyfiyyət üzrə mütəxəssisi onlara keyfiyyətə nəzarət sistemi haqqında ətraflı məlumat verərək, "Embawood" mebellərinin sözün əsl mənasında alman keyfiyyətinə uyğun olmasını göstərir.

Qeyd edək ki, reklam 12 oktyabr tarixindən efirə gedir. Reklam çarxının kreativ ideyası "Bruketa&Zinic Azerbaijan", prodakşn işləri isə Gürcüstandan "Noname Studio" çəkiliş heyəti tərəfindən həyata keçirilib.

Yaradıcı qrup: Marketinq direktoru: İlkin Manafov; Reklam və Kommunikasiya qrup rəhbəri: Sami Palta; Reklam üzər aparıcı mütəxəssis: Aslan Vəliyev; Kreativ: "Bruketa&Zinic" reklam agentliyi; Prodakşn: Noname Studio.

Xəbər lenti

Xəbər lenti