Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Hacıyev/
Sabah Azərbaycan ərazisində soyuq və küləkli hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 15-19 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə təşkil edəcək.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Sabah Azərbaycanda soyuq və küləkli hava şəraiti davam edəcək
Sabah Azərbaycan ərazisində soyuq və küləkli hava şəraiti davam edəcək.
