...

Azərbaycan əhalisinin 60 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub

Cəmiyyət Materials 3 Noyabr 2011 13:51 (UTC +04:00)
Azərbaycan əhalisinin 60 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Azərbaycan əhalisinin 60 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycan əhalisinin 60 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, ilik sonunadək bu göstərici 85 faizədək yüksələcək.

Hazırda Bakı, Abşeron yarımadası, Sumqayıt, Gəncə, eləcə də Lerik, Ağsu, İmişli, Şirvan rayonu və ona yaxın ərazilər rəqəmsal televiziya ilə əhatə olunub.

Habelə ilin sonunadək rəqəmsal formatda 10-12 telekanaldan ibarət sosial paketin buraxılması planlaşdırılır.

Azərbaycanda analoq yayım 2013-cü ildən sonra dayandırılacaq. 2013-cü ilin sonunadək analoq və rəqəmsal yayım paralel fəaliyyət göstərəcək. Bu müddət ərzində vətəndaşlar üçün rəqəmsal siqnalın qəbulu üçün zəruri avadanlıqların (dekoderlərin) alınması üçün şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti