...

Azərbaycanda bu il yol qəzalarında 900-ə yaxın insan həlak olub

Cəmiyyət Materials 17 Noyabr 2011 13:25 (UTC +04:00)
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında ən çox qəza yenə də sürət həddinin aşılması səbəbindən baş verib. Bunu cümə axşamı Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
Azərbaycanda bu il yol qəzalarında 900-ə yaxın insan həlak olub

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında ən çox qəza yenə də sürət həddinin aşılması səbəbindən baş verib. Bunu cümə axşamı Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

"Bu ilin 10 ayında ölkədə 2559 yol qəzası baş verib, 840 nəfər həlak olub, 2762 nəfər xəsarət alıb. Qəzaların 1151-i sürət həddinin aşılması nəticəsində baş verib ki, bu da ümumi qəzaların 45 faizini təşkil edir. Bu qəzaların nəticəsində 451 nəfər ölüb, 1055 nəfər yaralanıb", - Əliyev deyib.

Onun sözlərinə görə, hesabat dövründə digər çoxluq təşkil edən qəzalar piyadaların vurulması ilə bağlıdır, bu da ümumi qəzaların 39 faizini təşkil edir. Belə ki, bu ilin 10 ayında piyadaların vurulması ilə nəticələnən 1000 qəza qeydə alınıb, nəticədə 325 nəfər ölüb, 751 nəfər yaralanıb.

Şöbə rəisi bildirib ki, qəzalardan 917-si toqquşma hadisəsi nəticəsində baş verib, nəticədə 206 nəfər həlak olub, 1278 nəfər yaralanıb. Hadisələrdən 310-u aşma olub (147 nəfər ölüb, 351 nəfər yaralanıb).

Əliyevin sözlərinə görə, 586 hadisə ötmə (193 ölü, 810 yaralı), 220 hadisə yol ayrıcını keçmə qaydalarının pozulması (30 ölü, 298 yaralı) nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti