...

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 Yanvar 2012 17:08 (UTC +04:00)
Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də saat 08:00-dan mərasim qurtaranadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Parlament prospekti boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Parlament prospekti vasitəsilə müəyyən istiqamətə hərəkət edənlər alternativ yollardan istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti