...

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaq alverinə qarşı mübarizəni yüksək qiymətləndirib

Cəmiyyət Materials 6 Fevral 2012 19:15 (UTC +04:00)
BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda bir sıra qanunverici aktların qəbul olunmasını, bir sıra konvensiyaların ratifikasiya edilməsini müsbət addım kimi qiymətləndirib.
BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaq alverinə qarşı mübarizəni yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda bir sıra qanunverici aktların qəbul olunmasını, bir sıra konvensiyaların ratifikasiya edilməsini müsbət addım kimi qiymətləndirib.

Trend bazar ertəsi BMT-nin Uşaq Hüquqları Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Komitə bunu Azərbaycan hökumətinin Uşaq Hüquqları Konvensiyası üzrə 3-4-cü dövri hesabatlarına dair yekun rəydə bildirib.

Yanvarın 17-18-də Cenevrə şəhərində BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən Azərbaycan hökumətinin Uşaq Hüquqları Konvensiyası üzrə 3-4-cü dövri hesabatları, Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası və Uşaq Hüquqları Konvensiyası üzrə Uşaqların silahlı münaqişələrə cəlb edilməsi üzrə əlavə protokollarla bağlı ilkin hesabatlarına baxış keçirilib.

Komitə, həmçinin "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasinin Qanununu alqışlayıb. Komitə əlavə protokolların yerinə yetirilməsi istiqamətində həyata keçirilən inzibati tədbirləri, o cümlədən insan alveri qurbanlarının müəyyən edilməsi üzrə polis işçiləri üçün keçirilən təlimləri yüksək qiymətləndirib.

Bundan əlavə, Komitə insan alveri ilə bağlı insan haqları üzrə beynəlxalq sənədlərin ratifikasiya edilməsini tədqirəlayiq hesab edib.

Xəbər lenti

Xəbər lenti