...

Mətbuat Şurası qəzetlərin səyyar satışı ilə bağlı yekun rəyini qısa müddətdə açıqlayacaq

Cəmiyyət Materials 27 Fevral 2012 17:53 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzetlərin səyyar satışı ilə bağlı problemləri araşdıran qrupu qısa müddət ərzində bununla bağlı yekun fikirlərini bildirəcək.
Mətbuat Şurası qəzetlərin səyyar satışı ilə bağlı yekun rəyini qısa müddətdə açıqlayacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzetlərin səyyar satışı ilə bağlı problemləri araşdıran qrupu qısa müddət ərzində bununla bağlı yekun fikirlərini bildirəcək.

Fəaliyyətini bərpa etdiyi qısa müddət ərzində qrup bir sıra yerlərdə görüşlər keçirib. Bunu Trend-ə açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasın İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

"Xüsusən, paytaxtın mərkəzi rayonlarının müvafiq qurumların təmsilçiləri ilə görüşlər keçirmişik. Şəhərin mərkəzi hissələrində monitorinqlər aparmışıq. Təkcə səyyar satış deyil, eyni zamanda, mətbuat yayımı ilə məşğul olan qurumlara məxsus qəzet köşklərinin vəziyyətinə dair məsələ də diqqətimizdədir", - Rəhimzadə qeyd edib.

Onun sözlərinə görə, yayım firmalarının nümayəndələri ilə də görüşlər keçirilib.

"Yəni biz məsələyə kompleks yanaşırıq. Hesab edirəm ki, bununla bağlı məsələ MŞ rəhbərliyinin də diqqətindədir. Qısa müddət ərzində bununla bağlı yekun fikirlərimizi bildirəcəyik", - Rəhimzadə vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası (MŞ) tərəfindən qəzetlərin səyyar satışı ilə bağlı problemləri araşdırmaq üçün 2010-cu ildə yaradılmış qrupun fəaliyyəti sonradan dayandırılsa da yenidən bərpa edilib.

Xəbər lenti

Xəbər lenti