Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir M.Salmanov/
Bu il Nobel Sülh Mükafatına 231 nəfərin namizəd olduğu bildirilir. Bu barədə bazar ertəsi Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Nobel Komitəsinin katibi Qeyr Lunderstad bildirib ki, siyahıda daha əvvəl namizəd olmuş adlarla yanaşı, yeni adlar da var.
Məlumata görə, tam açıqlanmayan sıyahıda Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko, Rusiyanın insan haqları müdafiəçisi Svetlana Qannuşkina və ABŞ-ın gizli sənədlərini "WikiLeaks" saytına sızdırdığına görə ömürlük azadlıqdan məhrum etmə ilə mühakimə olunan Bredli Manninqin adları var.