...

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 29 Fevral 2012 15:11 (UTC +04:00)
Azərbaycanın görkəmli rejissorunun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Bir həsədin tarixi" adlı sənədli filmi mükafatlandırılıb.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın görkəmli rejissorunun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Bir həsədin tarixi" adlı sənədli filmi mükafatlandırılıb.

Trend-in məlumatına görə, kinorejissor Vaqif Mustafayev tərəfindən çəkilən sənədli film Azərbaycan Mətbuat Şurası (MŞ) və Dialoq Avrasiya Platforması tərəfindən təsis edilmiş "Həqiqətə хidmətlərinə görə" mükafatı ilə təltif edilib.

Çərşənbə günü mükafatın təqdimetmə mərasimində təhsil naziri Misir Mərdanov, MŞ sədri Əflatun Amaşov, MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli və digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində filmdən qısa fraqment nümayiş etdirilib, daha sonra isə Vaqif Mustafayevə mükafat təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmlər silsiləsinin VII hissəsində ulu öndər özü və Sovet imperiyasının sonuncu rəhbəri Mixail Qorbaçov iştirak edir, müəmmalı məqamlar açıqlanır, həqiqətlər üzə çıxır.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, bu gün Vaqif Mustafayevin ortaya qoyduğu həqiqət Azərbaycanın bu günü, gələcəyi üçün çox vacibdir. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev haqqında belə həqiqətləri ortaya qoymaq çox vacibdir.

Mərdanov bu filmin bütün təhsil müəssisələrinin kitabxanalarına verilməsinin və tarix dərslərində nümayiş etdirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Vüqar Səfərli də filmin tarixi reallığı əks etdirdiyini söyləyib və bu filmin hər bir Azərbaycan vətəndaşının evində olmasının vacibliyini vurğulayıb.

Çıxış edən digər iştirakçılar da bu filmin Azərbaycanın tarixi həqiqətlərinin gələcək nəsillərə düzgün çatdırılmasında mühüm əhəmiyyətə malik olduğunu söyləyiblər.

Xəbər lenti

Xəbər lenti