...

Los-Ancelesdə sutenyorluqda şübhəli bilinən daha üç erməni saxlanılıb

Cəmiyyət Materials 9 Mart 2012 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart / Trend/

Los-Anceles polisi tərəfindən sutenyorluqda şübhəli bilinən daha üç erməninin adı məlum olub.

Trend-in məlumatına görə, "Los Angeles Daily News" xəbər verir ki, saxlanılanlar 62 yaşlı Sarkis Tunyan, 34 yaşlı Edik Ahnazaryan və 62 yaşlı Çarlz Stepanyandır.

Xatırladaq ki, Los-Anceles Polis İdarəsi San-Vallidəki Lankerşim bulvarında fahişəliyə qarşı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat zamanı sutenyorluqda şübhəli bilinən üç erməni də daxil olmaqla, ən azı 16 kişi saxlanılıb. Həbs olunanların sayı 34-ə çatıb.

Yaxın günlərdə onlara qarşı rəsmi ittiham irəli sürüləcək. Lankerşim bulvarı Los-Ancelesdə fahişələrin toplaşdıqları yer kimi məşhurdur.

Xəbər lenti

Xəbər lenti