Azərbaycan, Bakı, 9 mart /Trend/
Türkoloq alim, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun XIV-XV əsrlərdə yaşamış böyük dövlət xadimi, sərkərdə-fateh Əmir Teymur haqqında yazdığı romanın ikinci hissəsi çapdan çıxıb.
Romanın ikinci hissəsi "Əmir Teymur - Dünyanın hakimi" adlanır. Romanın ikinci hissəsi böyük fatehin növbəti zəfər yürüşlərindən bəhs edir.
Qeyd edək ki, romanın birinci hissəsi "Əmir Teymur - Zirvəyə doğru" kitabı 2011-ci ildə nəşr olunmuşdu.