...

Azərbaycan paytaxtına yenə qar yağır

Cəmiyyət Materials 11 Mart 2012 06:43 (UTC +04:00)
Bazar günü səhər erkən saatlardan Bakıya yenidən qar yağır.
Azərbaycan paytaxtına yenə qar yağır

Azərbaycan, Bakı, 11 mart /Trend/

Bazar günü səhər erkən saatlardan Bakıya yenidən qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bazar günü havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bu Paytaxtda və yarımadada mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Həftənin son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ölkənin regionlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti