...

MTRŞ Azərbaycanda telekanalların azlığı ilə bağlı fikirləri düzgün hesab etmir

Cəmiyyət Materials 11 Aprel 2012 15:40 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda telekanalların azlığı ilə bağlı fikirləri düzgün hesab etmir.
MTRŞ Azərbaycanda telekanalların azlığı ilə bağlı fikirləri düzgün hesab etmir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda telekanalların azlığı ilə bağlı fikirləri düzgün hesab etmir.

"Bununla bağlı fikirləri qətiyyən bölüşmürəm. Məsələ kəmiyyətdə deyil. Azərbaycan kimi bir ölkə üçün 9 ümumrespublika yayımçısının olması böyük göstəricidir. 9 televiziya kanalı bütün Azərbaycan ərazisində yayımlanır", - Şura sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, bəzən Azərbaycanı Gürcüstanla müqayisə edirlər, ancaq orada 4 və ya 5 televiziya kanalı bütün ölkə ərazisində yayımlanır, qalanları isə regional telekanallarıdır. Bu faktın özü çox şey deyir.

Azərbaycanda regional kanalların inkişafına toxunan Məhərrəmli vurğulayıb ki, bunun üçün diqqət ayrılmalıdır və təbii ki, regionlarda şərait - maddi-texniki baza, kadr potensialı, reklam bazarı olmalıdır.

Xəbər lenti

Xəbər lenti