...

Yan Ola Sand: Bakı son dərəcə təhlükəsiz şəhərdir

Cəmiyyət Materials 19 Aprel 2012 20:32 (UTC +04:00)
Bakı son dərəcə təhlükəsiz şəhərdir. Hətta Avropada bir çox elə şəhərlər var ki, onlar Bakıdan daha təhlükəli hesab oluna bilərlər.
Yan Ola Sand: Bakı son dərəcə təhlükəsiz şəhərdir

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Bakı son dərəcə təhlükəsiz şəhərdir. Hətta Avropada bir çox elə şəhərlər var ki, onlar Bakıdan daha təhlükəli hesab oluna bilərlər. Trend "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən məlumat verir ki, bunu müsabiqənin rəhbəri Yan Ola Sand may ayında Bakıda keçiriləcək şou iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə bağlı suala cavabında bildirib.

Yan Ola Sand Avropa Yayımları Birliyinin (EBU) təhlükəsizlik məsələlərini ciddi qəbul etdiyini və yerli təhlükəsiz orqanları ilə birgə işlər aparıldığını deyib. "Eurovision Mahnı Müsabiqəsi müddətində təhlükəsizlik məsələlərinin tam təmin olunacağına şübhə etmirəm", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti