...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 20 Aprel 2012 19:37 (UTC +04:00)
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında çıxış edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib.

Qeyd edilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ötən il respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2636, o cümlədən satışı ilə bağlı 817 fakt aşkarlanıb, 131 nəfərdən ibarət 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə, o cümlədən 164,8 kiloqram həşiş, 52,2 kiloqram heroin, 14 kiloqram tiryək, 298,8 kiloqram marixuana, 27 kiloqram sair vasitələr götürülüb, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 366 ton 777 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

Narkotiklərlə əlaqəli cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif növ narkotik vasitə aşkar olunaraq götürülüb.

Narkotiklərin külli miqdarda satışı ilə bağlı 2011-ci ildə 392 cinayət aşkar edilib, 295 nəfər, o cümlədən 3 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti