...

Bakı dumanı və ya paytaxtda temperaturun aşağı olması nə ilə bağlıdır?

Cəmiyyət Materials 23 Aprel 2012 10:52 (UTC +04:00)
Bakıda temperaturun bir qədər aşağı olması aşağı buludluluqla bağlı idi.
Bakı dumanı və ya paytaxtda temperaturun aşağı olması nə ilə bağlıdır?

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda temperaturun bir qədər aşağı olması aşağı buludluluqla bağlı idi. Bunu bazar ertəsi Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru Umayra Tağıyeva deyib.

"Dünən gün ərzində Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi üstünlük təşkil edirdi. Yəni Xəzər dənizi üzərindən rütubətli hava kütlələri sırf sahilyanı ərazilərə daxil olurdu. Bu da dumanın yaranmasına şərait yaradırdı", - Tağıyeva bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan üzərində nisbətən alçaq təzyiq sahəsi hava şəraitini təyin edirdi.

"Abşeron yarımadasının relyefi elədir ki, burada cənub-şərq küləkləri üstünlük təşkil edəndə dumanın yaranması üçün şərait olur. Temperaturun aşağı enməsi bu proseslə bağlı idi, yəni duman olmasaydı, Bakıda da temperatur əvvəlki kimi yüksək olacaqdı. Yəni, bu heç bir soyuq hava kütləsi ilə bağlı deyil", - Tağıyeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti