...

Azərbaycanda istirahət günü hava şəraiti sabitləşəcək

Cəmiyyət Materials 2 İyun 2012 13:07 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda istirahət günü hava şəraiti sabitləşəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

İyunun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti